Oralar

Tbilisi və Msxeta səyahəti

Xanımlar və cütlüklər üçün səyahət təklifi (50+)

İstiqamətGürcüstan · Tbilisi · Msxeta
Müddət3 gün / 2 gecə
BaşlanğıcBakı · Təyyarə

11–13 dekabr 2026

Qiymətə daxildir:
• Bakı–Tbilisi–Bakı aviabileti
• Old Wall Tbilisi otelində 2 gecə
• Səhər yeməyi
• Transfer
• Səyahət sığortası

Bir nəfər üçün turun qiyməti: 580 ABŞ dolları

Qeyd: Qiymət dinamikdir.

Proqram

  1. 11 dekabr, cümə — Köhnə Tbilisidə gəzinti

    Bakıdan Tbilisiyə uçuş və Old Wall Tbilisi otelinə transfer. Şəhərlə tanışlığa Abanotubanidən başlayırıq. Kükürd hamamlarının kərpic günbəzləri arasından keçib köhnə şəhərin eyvanlı küçələri ilə Meydana çıxırıq. Sonra Sülh körpüsündən Kür çayını keçib Rike parkında gəzintimizi tamamlayırıq. Axşam yeməyi üçün sərbəst vaxt.

  2. 12 dekabr, şənbə — Msxeta və Cvari monastırı

    Səhər yeməyindən sonra Gürcüstanın qədim paytaxtı Msxetaya yola düşürük. İlk dayanacağımız Cvari monastırıdır. Buradan həm Msxetanı, həm də Kür və Araqvi çaylarının qovuşduğu yeri görəcəyik. Sonra şəhərə enib Svetitsxoveli kafedralını ziyarət edirik. Nahardan sonra köhnə şəhərin küçələrini gəzmək, suvenir seçmək və qəhvə içmək üçün sərbəst vaxt. Axşama doğru Tbilisiyə qayıdırıq.

  3. 13 dekabr, bazar — Bakıya dönüş

    Oteldə səhər yeməyi, hava limanına transfer və Bakıya uçuş.